Futbol üzrə Sloveniya çempionatı iyunun 5-də bərpa olunacaq
Futbol üzrə Sloveniya çempionatı ilə bağlı qərar verilib.

Bu ölkədə çempionatın davam etdirilməsi qərara alınıb. Yarışın iyunun 5-də bərpa olunacağı diqqətə çatdırılıb. Çempionatın təqvimi gələn həftə hazır olacaq. Sloveniya kuboku yarışlarının yarımfinal mərhələsi iyunun 9-10-da, finalı isə 24-də təşkil olunacaq.

Qeyd edək ki, Sloveniya çempionatı və kuboku yarışlarının oyunları azarkeşsiz keçiriləcək.

Xəbər 513 dəfə oxundu.