“Konnas Kuey” klubu Uels çempionu elan edilib
Futbol üzrə Uels çempionatı koronavirus pandemiyasına görə başa çatdırılmayacaq.

Bu haqda Uels Futbol Assosiasiyası xəbər yayıb.

Koronavirus pandemiyası səbəbindən 26-cı turdan sonra dayandırılan milli çempionatın qalibi “Konnas Kuey” elan edilib. Komanda ilk dəfə ölkə çempionu adını qazanıb.

Qeyd edək ki, daha əvvəl Avropada Niderland, Belçika, Kipr, Cəbəllütariq və Şotlandiya çempionatlarında da cari mövsüm ləğv edilib.

Xəbər 533 dəfə oxundu.