Şahmat üzrə “Lindores Abbey Rapid Challange” turnirinin ilk dörd turunun oyunları keçirilib
Hazırkı dünya çempionu Maqnus Karlsen tərəfindən təşkil edilən “Lindores Abbey Rapid Challange” onlayn şahmat turnirinin ilk dörd turunun oyunları keçirilib.

4 turdan 3 xal toplayan amerikalı şahmatçılar Hikaru Nakamura, Uesli So, norveçli Maqnus Karlsen, rusiyalı Sergey Karyakin liderlər qrupunda qərarlaşıblar.

Qeyd edək ki, yarış M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin ikinci mərhələsidir.

Bundan əvvəl, aprelin 18-dən mayın 3-dək seriya turnirinin birinci mərhələsi - “Magnus Carlsen Invitational” turniri keçirilib. Yarışın qalibi M.Karlsen olub.

Seriyanın üçüncü mərhələsi olan “Online Chess Masters” iyunun 20-dən iyulun 5-dək, dördüncü mərhələsi - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək.

Avqustun 9-dan 20-dək isə “Grand Final” keçiriləcək.
Beş turnirdən ibarət seriya yarışının ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.

Xəbər 482 dəfə oxundu.