Məşhur Mortal Kombat 11 oyununun yenilənmiş versiyası təqdim olunacaq
Yaxın günlərdə məşhur Mortal Kombat 11 döyüş kiber oyununun yenilənmiş versiyası təqdim olunacaq.

Mortal Kombat 11: Aftermath adlanacaq yenilənmiş versiyaya təzə personajlar əlavə olunub. Belə ki, faytinq həvəskarları 3 yeni döyüşçü – Şiva, Fudzin və Robokopdan istifadə edə biləcəklər.

Şiva dördəlli döyüşçüdür və ilk dəfə Mortal Kombat 3-də təqdim olunub. Fudzin şinto təliminə görə Yaponiyada külək allahıdır. Robokop isə eyniadlı filmin qəhrəmanı olan robot-polisdir.

Yenilənmiş versiyada personajların döyüş imkanları bir az da genişləndirilib. Mortal Kombat 11: Aftermath PK, PS4, Xbox One və Nintendo Switch platformaları üçün keçərlidir.

AZƏRTAC

Xəbər 547 dəfə oxundu.