Növbəti Formula 1 Monako Qran-Prisi 2021-ci il mayın 20-23-də keçiriləcək
Növbəti Formula 1 Monako Qran-Prisi 2021-ci il mayın 20-23-də keçiriləcək.

Bunu Monako Avtomobil Klubu (ACM) açıqlayıb. Gələn il Monako iki yürüşə ev sahibliyi edəcək. Belə ki, Formula 1 ilə yanaşı, knyazlıqda mayın 8-də Formula E yarışları da təşkil olunacaq.

Monako Qran-Prisi Formula 1 təqvimində ən prestijli yürüşlərdən biridir. Bu il koronavirus pandemiyasına görə, Monako mərhələsi 1954-cü ildən bəri ilk dəfə təşkil olunmadı.

Qeyd edək ki, Monako ilə yanaşı, Avstraliya və Fransa Qran-Priləri də ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Azərbaycan və Kanada yarışları isə təxirə salınıb.

Xəbər 496 dəfə oxundu.