“Neftçi”nin futbolçusu yenidən Türkiyəyə qayıda bilər
“Neftçi”nin haitili legioneri Donald Geryenin klubu tərk edəcəyi ilə bağlı xəbərlər səngimək bilmir.

Futbolçunun yenidən “Qarabağ”a qayıdacağı gözlənilsə də, son məlumatlara görə ona yeni təkliflər var. Belə ki, haitilinin keçmiş klubu Türkiyə Superliqasında çıxış edən “Alanyaspor” legioneri öz heyətində görmək istəyir. Hələlik futbolçu dəqiq qərarını verməyib. Əgər “Neftçi” ilə müqaviləni uzatmasa, onun Türkiyəyə yollanacağı istisna deyil.

Qeyd edək ki, Gerye 2018-ci ildə məhz “Alanyaspor” klubundan “Qarabağ”a transfer olunmuş, daha sonra isə karyerasını “Neftçi”də davam etdirmişdi.

Xəbər 456 dəfə oxundu.