İspaniya basketbolçuları mövsümün bərpasının əleyhinədir
İspaniya çempionatında çıxış edən basketbolçuların çoxu mövsümün bərpa olunmasını istəmir.

Turnirdə mübarizə aparan 157 basketbolçu arasında gizli sorğu aparılıb. Onlardan 107-si çempionatın davam etdirilməsinin əleyhinə çıxıb.

Qeyd edək ki, İspaniya Basketbol Federasiyası klub rəhbərləri ilə videomüşavirədə yarışı bərpa etmək qərarına gəlib. Çempionatın keçirilməsi ilə bağlı yekun qərar mayın 31-də ictimaiyyətə elan olunacaq.

Xəbər 521 dəfə oxundu.