Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb
Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyası təxirə salınıb.

Bunu qurumun mətbuat xidməti açıqlayıb. Bildirilir ki, 2020-ci ildə keçirilməli olan tədbir koronavirus pandemiyası səbəbindən 2021-ci ildə təşkil ediləcək. Tədbir öncədən planlaşdırıldığı kimi Koreya Respublikasının paytaxtı Seulda keçiriləcək.

Assambleyanın dəqiq tarixi müəyyənləşməyib.

Xəbər 483 dəfə oxundu.