“World Athletics” yarışları azarkeşsiz keçirməyə hazırdır
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) koronavirus pandemiyasına görə yarışları azarkeşsiz keçirməyə hazırdır.

Bu sözləri qurumun rəhbəri Sebastyan Kou deyib.

Bildirib ki, mövcud vəziyyəti nəzərə alsaq, kompromisə getməliyik. Biz dövlət və təşkilatların çağırışlarına biganə qala bilmərik. Bunun üçün yarışların azarkeşsiz təşkil olunması düzgün addımdır.

“Futbol yarışlarının daha tez bərpa olunacağını düşünürəm. Azarkeşsiz yarışların uzunmüddətli perspektiv vəd etdiyini düşünmürəm. Belə olan halda idman öz rəngarəngliyini itirəcək. Ancaq yarışların təşkili üçün biz bütün olanlara razı olmalıyıq”, - deyə S.Kou əlavə edib.


Xəbər 575 dəfə oxundu.