Polşa yığmasının baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb
Futbol üzrə Polşa yığmasının baş məşqçisi Yeji Bjençek ilə müqavilənin müddəti uzadılıb.

Yeni müqavilə 2021-ci ilin sonunadək nəzərdə tutulub.

Qırx doqquz yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində də komandaya rəhbərlik edəcək. Komanda dünya çempionatına vəsiqə qazansa, Y.Bjençekin müqaviləsi daha bir il uzadılacaq.

Qeyd edək ki, Yeji Bjençek Polşa yığmasında 2018-ci ilin iyulundan çalışır.

Xəbər 510 dəfə oxundu.