Avstriyada Yohan Rindt memorialı təxirə salınıb
Bu il Formula 1 üzrə ilk avstriyalı dünya çempionu Yohan Rindtin ölümünün 50 illiyi şərəfinə keçirilməsi nəzərdə tutulan tədbirlər ləğv edilib.

Pilotun anadan olduğu Qrats şəhərində avstriyalı dünya çempionunun həyatından və uğurlarından bəhs edən sənədli filmin təqdimatı nəzərdə tutulmuşdu. Həmçinin Qratsda meydanlardan birinə Yohan Rindtin adının verilməsi planlaşdırılıb. Koronavirus pandemiyasına görə memorial 2021-ci ildə təşkil olunacaq.

Qeyd edək ki, Y.Rindt 1970-ci ildə İtaliya Qran-Prisi zamanı qəza edərək həlak olub.

Xəbər 706 dəfə oxundu.