ESPN: Maykl Cordan 17 kateqoriyada Lebron Ceymsi üstələyib
ABŞ-ın nüfuzlu ESPN telekanalı basketbol həvəskarları arasında Maykl Cordan ilə Lebron Ceymsin müqayisəsi ilə bağlı sorğu keçirib.

“Çikaqo”nun əfsanəsi M.Cordan haqda çəkilən “Sonuncu rəqs” adlı sənədli serialdan sonra tamaşaçılar bu iki basketbolçuya dair ayrı-ayrı 17 suala cavab verməli olub. Maraqlıdır ki, azarkeşlər bütün kateqoriyalarda M.Cordana üstünlük veriblər. Ümumiyyətlə, respondentlərin 73 faizi M.Cordanın L.Ceymsdən yaxşı olduğunu bildiriblər.

Xəbər 543 dəfə oxundu.