Yunanıstan Super Liqası ilə bağlı qərar verilib
Futbol üzrə Yunanıstan Super Liqası ilə bağlı qərar verilib.

Çempionatın davam etdirilməsi qərara alınıb. Yarışın iyunun 6-da bərpa olunacağı planlaşdırılır. Mövsümə iyulun 19-da yekun vurulacaq və matçlar azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, Yunanıstan çempionatı 26-cı turun oyunlarından sonra dayandırılmışdı. Hesabında 66 xal olan “Olimpiakos” turnir cədvəlində birinci pillədə yer alıb. İlk üçlüyü PAOK (59 xal) və AEK (51) komandaları tamamlayırlar.

Xəbər 512 dəfə oxundu.