"Dinamo" klubunun 3 futbolçusu koronavirusa yoluxub
Rusiyanın "Dinamo" (Moskva) klubunun 3 futbolçusu koronavirusa yoluxub.

Paytaxt komandasından qapıçı David Sanqare, müdafiəçi Roman Yevgenyev və hücumçu Silvestr İqbunun testi müsbət nəticələnib. Bundan başqa klubun məşqçisi Dmitri İzotov və tibbi heyətin rəhbəri Aleksey Pleskov da COVID-19 yoxlamasından keçə bilməyib. Daha əvvəl "Dinamo"da Direkorlar Şurasının sədri Yuri Solovyovda da koronavirus aşkarlanıb.

Xəbər 533 dəfə oxundu.