Fernando Alonso Formula 1-də karyerasını bərpa etməyə tələsmir
İspaniyalı pilot Fernando Alonso Formula 1-də karyerasını bərpa etməyə tələsmir.

İkiqat dünya çempionu yekun qərarını yaydan tez qəbul etməyəcək. İndiki məqamda ispaniyalı pilot avqusta planlaşdırılan “İndianapolisin 500 mil” yarışı haqda fikirləşir.

Xatırladaq ki, bir müddət əvvəl F.Alonsonun növbəti mövsümdə “Reno”ya keçəcəyi ilə bağlı məlumat yayılmışdı. Onun özü də dəfələrlə mətbuata açıqlamasında Formula 1-ə qayıtmaq haqda fikirləşdiyini söyləyib.

AZƏRTAC

Xəbər 499 dəfə oxundu.