“Qolden Steyt”in basketbolçusu Stefen Karri azarkeşsiz çempionatı mənasız sayır
“Qolden Steyt”in oyun qurucusu Stefen Karri Milli Basketbol Assosiasiyasında (MBA) mövsümün bərpası ilə bağlı fikirlərini bölüşüb.

Məşhur basketbolçu boş tribunalar önündə oyunların maraqsız olduğunu söyləyib: “Azarkeşsiz çempionat çox mənasız bir yarışa çevriləcək. Tribunalar dolu olanda sən tam fərqli səviyyədə oynayırsan. Amma belə vəziyyətdə basketbol oynamağın başqa xüsusiyyətləri də olacaq. Bizim belə çətin şəraitdə çıxışımız basketbol həvəskarlarını bu oyuna daha möhkəm bağlayacaq”.

Xatırladaq ki, MBA-da mövsüm “Yuta”nın fransalı basketbolçusu Rudi Qoberin martın 11-də koronavirusa yoluxması nəticəsində yarımçıq dayandırılmışdı.

AZƏRTAC

Xəbər 666 dəfə oxundu.