“Sabah” klubu Ramil Şeydayevə yeni müqavilə təklif edəcək
Qış fasiləsində Moskvanın “Dinamo” klubundan ayrılan Ramil Şeydayevin yeni mövsümə də Azərbaycanda başlamaq ehtimalı var.

Yeni mövsümdə qarşısına böyük məqsədlər qoyan Bakının “Sabah” klubunun rəhbərliyi futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır. Altı aylıq müqaviləsi yayda bitəcək hücumçunun bu təklifə müsbət yanaşdığı bildirilir.

Millimizin üzvü ilə Avropanın bir sıra klublarının maraqlandığı barədə xəbərlər dolaşsa da, hələlik hücumçuya rəsmi bir təklif gəlməyib. Odur ki, R.Şeydayevin daha 1 il Azərbaycan Premyer Liqasında çıxış etməsi istisna deyil.

Xəbər 516 dəfə oxundu.