Daha bir Avropa ölkəsində çempionat yekunlaşıb
Futbol üzrə Şotlandiya çempionatı koronavirus pandemiyasına görə başa çatdırılmayacaq.

Bu haqda Şotlandiya Futbol Federasiyası xəbər yayıb.

Koronavirus pandemiyası səbəbindən 30 turdan sonra dayandırılan milli çempionatın qalibi “Seltik” elan edilib.

Beləliklə, “Seltik” 51-ci dəfə Şotlandiya çempionu adını qazanıb.

Qeyd edək ki, daha əvvəl Avropada Niderland, Belçika, Kipr və Cəbəllütariq çempionatlarında da cari mövsüm ləğv edilib.

Xəbər 434 dəfə oxundu.