Əfsanəvi basketbolçu Maykl Cordanın idman ayaqqabısı hərracda rekord qiymətə satılıb
Milli Basketbol Assosiasiyasının (MBA) əfsanəvi basketbolçusu Maykl Cordanın idman ayaqqabısı hərraca çıxarılıb.

Basketbolçu həmin ayaqqabı ilə MBA-da debütündə - 1984-1985-ci il mövsümündə çıxış edib.

“Sotheby” şirkətinin internet vasitəsilə satışa çıxardığı oyun ayaqqabısı gözləniləndən 4 dəfə baha - 560 min dollara satılıb. Bu, həm də bir cüt ayaqqabı üçün verilən ən yüksək məbləğ kimi rekord qırıb.

Qeyd edək ki, Maykl Cordan karyerası ərzində 6 dəfə (1991–1993-cü, 1996–1998-ci il) MBA çempionu olub.


Xəbər 586 dəfə oxundu.