Azərbaycan voleybolçusu Türkiyə klubu ilə müqaviləsini yeniləyib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova karyerasını yenidən Türkiyədə davam etdirəcək.

22 yaşlı hücumçu “Sarıyer Bələdiyəspor” komandası ilə müqaviləsini yeniləyib. Voleybolçumuz daha bir il “Sarıyer Bələdiyəspor”un şərəfini qoruyacaq.

Yığmamızın üzvü 1 il “Bursa BBSK”da oynadıqdan sonra 3 mövsümdür “Sarıyer Bələdiyəspor”da çıxış edir.

Xəbər 524 dəfə oxundu.