MBA klublarının təlim-məşq toplanışının günləri azaldılacaq
Milli Basketbol Assosiasiyası (MBA) klublarının təlim-məşq toplanışının günləri azaldılacaq.

Mövsümün bərpasından əvvəl basketbolçular 4-5 həftə məşq prosesi keçməli idisə, indi vaxt azaldığından hazırlığa maksimum 3 həftə yer veriləcək. Bu da o deməkdir ki, mövsüm daha tez başlaya bilər. Xatırladaq ki, artıq bəzi komandalar məşqləri bərpa ediblər. Amma oyunçular klubun bazasında fərdi proqram əsasında məşq edirlər.

Xəbər 580 dəfə oxundu.