“Zirə” klubu Azərbaycan milli komandasında 7 futbolçu ilə təmsil olunub
Bakının “Zirə” klubu indiyədək Azərbaycan milli komandasında 7 futbolçu ilə təmsil olunub.

Qəsəbə təmsilçisinin futbolçuları müxtəlif vaxtlarda ölkənin əsas yığmasında ümumilikdə 14 matç keçirib. Onların arasında rekordçu Cavid Hüseynovdur. “Qartallar”ın kapitanı millidə 5 dəfə “Zirə”ni təmsil edib.

Klub tarixinə Azərbaycan yığmasındakı ilk nümayəndə kimi düşən Elvin Məmmədov 3 dəfə “Zirə”nin üzvü kimi millinin formasını geyinib.

Xəbər 497 dəfə oxundu.