“Bavariya” səfərdə qalib gəlib
Mayın 17-də Almaniya Bundesliqasının XXVI turu daha iki oyunla davam etdirilib.

“Köln” öz meydanında “Maynts”ı qəbul edib. Görüşdə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.

Digər oyunda isə lider “Bavariya” “Union Berlin”in qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 58-ə yüksəldən “Bavariya” liderliyini möhkəmləndirib. “Borussiya Dortmund" 54 xalla ikinci, Münhenqladbax təmsilçisi “Borussiya” isə 26 oyundan sonra 52 xalla üçüncü yeri tutur.

Xəbər 490 dəfə oxundu.