Məsud Özil təhqir olunub
Twitter istifadəçilərindən «PiratenOnline» adını istifadə edən birisi qitə çempionatının qrup mərhələsindəki üçüncü oyunan sonra şəbəkədə Almaniya yığmasının türk yarımmüdafiəçisi Məsud Özili təhqir edib. O, aşağıdakı məzmunlu yazını səhifəsinə qoyub: «Dəqiq demək olar ki, Özil alman deyil. Qələbə onun kökünü dəyişmir. Almaniya yığmasında alman soyadı olmayanlar oynamamalıdır».

İspan mətbuatının yazdığına görə, Özil bunu irqçi təhqir kimi qəbul edib və bu işlə artıq onun vəkili Saşa Boymer məşğul olur. O da xuliqanı məsuliyyətə cəlb etdirmək istəyir.

İdman.com.az saytının məlumatına görə, futbolçunun atası vəziyyəti belə şərh edib: «Mən çox düşündüm ki, buna reaksiya vermək lazımdırmı? Bəli, vəziyyət birmənalı deyil. Ancaq mən yenə də hesab edirəm ki, həmin şəxs mütləq cəzalandırılmalıdı ki, belə hallar bir daha təkrarlanmasın. Aydındı ki, həmin şəxsi bu dəfə sərhədləri aşıb».

Belə görünür, sözügedən şəxs özünü millətçi hesab edir və bunu ifrat dərəcədə edir. Ancaq belə insanlar daha çox millətçi deyil, xəstə təxəyyüllü adamlar olurlar. Belə görünür, o, Almaniya yığmasının nəinki uğurunu istəmir, heç qitə çempionatında da öz ölkəsinin yığmasının oynamasını düşünmür belə. Nəzərə alsaq ki, hazırkı Almaniya yığmasında Özildən savayı alman fubolunun polyak əsilli iki əfsanəsi – Miroslav Kloze və Lukas Podolski, ispan köklü Mario Qomes, Afrika mənşəli Jeromi Boatenq və Sami Xedira, eləcə də daha bir türk – İlkay Gündoğan var, sırf alman köklü Almaniya komandasının seçmə mərhələni də aşması elə də asan məsələ olmazdı. O ki, qaldı final mərhələsində oyununa, bu barədə heç söz açmağa dəyməz.

Xəbər 1215 dəfə oxundu.