Hollandiyalı MMA ustası Uolt Harrisi texniki nokautla məğlub edib
Mütləq Döyüş Çempionatının (UFC) ağır çəki dərəcəsi üzrə keçirilən əsas döyüşündə hollandiyalı MMA ustası Alistar Overim amerikalı döyüşçü Uolt Harrisi texniki nokautla məğlub edib.

“UFC Fight Night 172” turniri çərçivəsində baş tutan döyüş ikinci raundda dayandırılıb. Turnir ABŞ-ın Florida ştatında tamaşaçısız keçirilib.

Qırx yaşlı A.Overim karyerasının 46-cı qələbəsini qazanıb. Onun aktivində 18 məğlubiyyət var. U.Harris isə karyerası ərzində 13 qələbə qazanıb. Otuz altı yaşlı döyüşçü 8 dəfə məğlub olub.

Qeyd edək ki, ötən həftə “UFC 249” turniri çərçivəsində yüngül çəki dərəcəsi üzrə keçirilmiş əsas döyüşdə amerikalı Castin Qetji həmyerlisi Toni Ferqyusonu beşinci raundda texniki nokautla məğlub edib.

Xəbər 500 dəfə oxundu.