Avro-2012: Advokaat hamıdan çox qazanırdı
Avro-2012-də artıq komandalardan yarıdan çoxu iştiraklarını dayandırıb. Uğursuzlar sırasına düşən yığmaları çalışdıran şəxslərin üzərinə ünvanlanan tənbehlər həmin komandaların iddialarına müvafiq olaraq fərqlidilər. Erkən vidalaşanlar arasında ən gözlənilməz hal adı favoritlər sırasında olmuş Niderland yığmasıdı ki, komanda görüşü nəinki pley-offsuz, hətta xalsız tərk etdi. Bununla belə ən çox tənbeh olunası şəxs Rusiya millisinin baş məşqçisidi. Çünki Dik Advokaat Avro-2012-nin 16 iştirakçısının sükançıları arasında ən çox pul alan məşqçi olub. Yekun nəticədə məşqçinin bu pullara heç də layiq olmadığını göstərib.

Müqaviləyə əsasən Advokaatın Rusiya yığmasının sükanındakı illik maaşı 7 milyon avrodu. Müqayisə üçün deyək ki, rusları yarışdan kənar qoyan yunanların baş məşqçisi Fernando Santuş Advokaatdan 15 dəfə az pul alır. Onun illik maaşı cəmisi 500 min avrodu. Həmin qrupun qalibi olmuş Çexiya yığmasının sükançısı Mixal Bilek isə Rusiyadakı həmkarından 35 dəfə az pul alır. Onun illik qazancı 200 min avroya bərabərdi. Futbolda dəfələrlə özünü sübut etmiş bir məsəl yenə də özünü göstərir – əsas pulun deyil, ağılın çoxluğu, yəni az olsa belə, əldə olan məbləğin ağılla xərclənməsidir.

İdman.com.az saytının məlumatına görə, Advokaatdan sonra Avro-2012 iştirakçıları arasında ən çox alan məşqçilər belə niderlandlıdan dəfələrlə geri qalırlar. Məsələn Çezare Prandelli İtaliya yığmasını 1 illik 3 milyon avroya çalışdırır. Eyni müddətə almanlarla işə görə Yoahim Löv 2,5 milyon alır. Qitə çempionatında ən kasıb məşqçi isə xorvatiyalıları pley-offa çıxara bilməyən Slaven Biliçdir. Xorvatiya Futbol Federasiyası ona cəmi 160 min avro verirdi. Hər halda yeni iş yerində – Moskva «Lokomotiv»ində o, daha çox pul alar.

Xəbər 1089 dəfə oxundu.