“Fənərbağça” klubu Qana millisinin futbolçusunu transfer edir
İstanbulun “Fənərbağça” klubu İtaliya “A” Seriyasında çıxış edən Kvadvo Asamoanı transfer etmək istəyir.

İtaliyanın “İnter” komandasında oynayan qanalı futbolçunun meneceri Asamoanın da Türkiyəyə gəlmək istədiyini söyləyib. Otuz bir yaşlı yarımmüdafiəçi ilə bundan əvvəl Almaniyanın “Hoffenhaym” klubu da maraqlanıb. Bundesliqa təmsilçisi danışıqları dayandırdıqdan sonra İstanbul klubu keçid üçün futbolçuya ödəyə biləcəyi məbləği də açıqlayıb. Asamoaya hələlik birillik müqavilə və 3 milyon avro maaş təklif edilib. Lakin tərəflərin yekun qərarı haqda məlumat verilmir.

Qeyd edək ki, K.Asamoa karyerası ərzində “Udineze”, “Yuventus” və “İnter”də oynayıb. O, artıq 12 ildir ki, Qana millisində də çıxış edir.

AZƏRTAC

Xəbər 441 dəfə oxundu.