Qoran İvanişeviç və Konçita Martinesin adı bu il tennisin şərəf zalına daxil edilməyəcək
Qoran İvanişeviç və Konçita Martinesin adı bu il tennisin şərəf zalına daxil edilməyəcək.

Adətən ötən dövrün məşhur raketka ustalarının adı hər il Nyuportda keçirilən turnirdə tennis tarixinin şərəf zalına daxil edilirdi. Amma pandemiyaya görə bu il yarışın keçirilməyəcəyi təşkilatçıların planlarını da pozub.

Xatırladaq ki, Q.İvanişeviç və K.Martines vaxtı ilə reytinq cədvəlində ikinci pillədə qərarlaşıblar. Həm xorvatiyalı, həm də isveçrəli sabiq tennisçi qərarın doğru olduğunu söyləyərək, mərasimin ləğvini özləri üçün problemə çevirmədiklərini bildiriblər.


Xəbər 733 dəfə oxundu.