“Maklaren”in rəhbəri Sebastyan Fettelin karyerasını bitirəcəyini düşünür
Formula 1 komandası “Maklaren”in rəhbəri Zak Braun dördqat dünya çempionu Sebastyan Fettelin ilin sonunda karyerasını başa vuracağını ehtimal edib.

O, “Ferrari”ni tərk edən pilota “Reno”ya keçməyə məsləhət görüb: “Sebastyan ətrafına boylansa, seçiminin elə də çox olmayacağını görəcək. Onun “Mercedes”, “Red Bull” və “Maklaren”ə keçmək imkanı yoxdur. Sual yarana bilər ki, Sebastyan çempion tituluna iddiası olmayan komandaya keçərmi? Amma məsələn, “Reno” inkişafa meylli əla komandadır. Mənə elə gəlir ki, Sebastyan gələcək karyerasına əhəmiyyət verməyəcəyi halda belə komandalardan birinə keçə bilər. Əks-təqdirdə çox güman ki, Fettel karyerasını başa vuracaq”.

Xəbər 481 dəfə oxundu.