“US Open” tennis turniri planlaşdırıldığı kimi Nyu-Yorkda təşkil olunacaq
Bir müddət əvvəl ABŞ mətbuatı “US Open” tennis turnirinin Orlando və İndian-Uellsdə keçirilə biləcəyi ilə bağlı məlumat yaymışdı. Ancaq turnirin rəhbərliyi yarışı başqa şəhərdə keçirmək istəmir.

ABŞ Tennis Assosiasiyasının mətbuat rəhbəri Kris Vidmayer deyib: “Turnir planlaşdırıldığı kimi avqust-sentyabr aylarında Nyu-Yorkda təşkil olunacaq. Turniri təxirə salmaq haqqında düşünmürük. Ancaq hər bir vəziyyətə hazır olmalıyıq və mövcud şəraitə uyğun qərar qəbul edəcəyik”.

Xəbər 549 dəfə oxundu.