Daniel Rikkardonun “Maklaren”lə müqaviləsinin təfərrüatları məlum olub
Daniel Rikkardonun “Maklaren”lə imzaladığı müqavilənin təfərrüatları məlum olub.

Avstraliyalı pilot yeni komandası ilə 2 illik müqavilə imzalayıb və bu müddət ərzində ona 31 milyon funt sterlinq məvacib veriləcək. Beləliklə, Rikkardo növbəti mövsüm Formula 1-də ən çox məvacib alan pilotlardan olacaq. O, “Reno”da çıxış edərkən 18 milyon avro qazanırdı.

2020-ci ilin hesabatına əsasən Formula 1 pilotlarından yalnız Luis Hamilton və Sebastyan Fettel D.Rikkardodan çox qazanır.

Xatırladaq ki, Karlos Saynsın “Ferrari”yə keçidindən sonra D.Rikkardo “Maklaren”də çıxış etməyə razılıq verib.

Xəbər 465 dəfə oxundu.