Sumqayıt stadionunda yenidənqurma işləri sürətlənib
Bir çox beynəlxalq oyunlara şahidlik edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda tikinti işləri sürətləndirilib. Müasir tələblərə cavab verən üstüörtülü arena yüksək səviyyədə yenidən qurulur.

Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu 10 mindən çox olacaq. Əvvəldən meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança tikiləcək. Stadionun ərazisində otelin də inşası aparılır.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

Xəbər 555 dəfə oxundu.