Futbol üzrə Ukrayna çempionatı mayın 30-da bərpa olunacaq
Futbol üzrə Ukrayna çempionatı ilə bağlı qərar verilib.

Bu ölkədə çempionatın davam etdirilməsi qərara alınıb. Yarışın mayın 30-da bərpa olunacağı diqqətə çatdırılıb. Mövsümə iyulun 19-da yekun vurulacaq və matçlar azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, Ukrayna çempionatı 23-cü turun oyunlarından sonra dayandırılmışdı.

Xəbər 523 dəfə oxundu.