“Neftçi”nin aparıcı futbolçusu Baqali Dabo klubu tərk edə bilər
Bakının “Neftçi” klubunun aparıcı futbolçusu Baqali Dabo komandanı tərk edə bilər.

Fransalı hücumçu klub rəhbərliyinin yeni müqavilə təklifini qəbul etməyib. 2018-ci ilin yayında “Qəbələ”dən “Neftçi”yə keçən forvard əvvəlki şərtlərlə kontraktının müddətini artırmaqdan boyun qaçırıb. Məhz bu səbəbdən də Dabo mövsümün sonunda komandanı tərk etmək qərarına gəlib. Hətta təcrübəli forvardın “Sabah” klubu ilə danışıqlar apardığı da deyilir.

Xəbər 501 dəfə oxundu.