Avropa çempionatında Azərbaycanın 100-dən çox şahmatçısı mübarizəyə başlayır
Mayın 16-da rapid üzrə onlayn Avropa çempionatı start götürür.

49 ölkədən 4 mindən çox şahmatçının qatıldığı yarışda Azərbaycan 100-dən artıq şahmatçı ilə təmsil olunur.

Qitə çempionatı A, B, C, D, E qrupları üzrə keçirilir. Yarışın ən güclü E qrupunda reytinqi 2300-dən yuxarı olan 278 şahmatçı iştirak edir ki, onlardan da 140-ı qrossmeysterdir. Həmin qrupda 11 şahmatçımız mübarizə aparır.

Xəbər 493 dəfə oxundu.