Hakim Ziyeş ilin ən yaxşı oyunçusu seçilib
Niderlandın “Ayaks” klubunun futbolçusu Hakim Ziyeş komandasında ilin ən yaxşı oyunçusu seçilib. Bu haqda Amsterdam təmsilçisinin “Twitter” səhifəsi xəbər yayıb.

27 yaşlı mərakeşli futbolçu ardıcıl üçüncü dəfə bu mükafata layiq görülüb. 2018-2019-cu il mövsümündə Ziyeş “Ayaks”ın heyətində 35 oyunda meydana çıxıb, 8 dəfə fərqlənib və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edə ki, cari mövsümün sonunda H.Ziyeş “Çelsi” klubuna keçəcək. Tərəflər 2018-ci ilin sonunda razılığa gəliblər. Bu keçidin məbləği 40 milyon avro olacaq.


Xəbər 505 dəfə oxundu.