Bakının “Keşlə” klubunun qapıçısı Moldova millisinin rekordçusudur
Bakının “Keşlə” futbol klubunun qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qapıçıdır. Son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı Moldova millisində 45 oyun keçirib.

Wapıçı bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da milli komandanın tarixində rekord sayılır. S.Namaşko Moldova millisinin heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək bu göstəricidə də birincidir.

Qeyd edək ki, qapıçı 2019-cu ildən “Keşlə”nin şərəfini qoruyur. O, bu mövsüm “Keşlə”nin Azərbaycan Premyer Liqası çərçivəsində keçirdiyi bütün qarşılaşmalarda forma geyinib.


Xəbər 505 dəfə oxundu.