Gürcüstan futbolunun ulduzu getdi
1970-80-ci illərin sovet futbolunda Gürcüstan təmsilçilərinin önəmli yeri var idi. SSRİ yığmasının və Tiflis «Dinamo»sunun ön xəttində önəmli yeri olan Ramaz Şengeliya 1978 və 1981-ci illərdə Sovet İttifaqının ən yaxşı oyunçusu olmuşdu.

Gürcü futbolunun əfsanəsi dünən 55 yaşında ikən dünyasını dəyişib.
1957-ci ildə Kutaisidə anadan olmuş Şengeliya karyerasına doğma şəhərinin «Torpedo»sunda başlamış, uğurlarla dolu əsas hissəsini (1977-1978) Tbilisi «Dinamo»sunda keçirmiş və son ilində (1989) aylıq 1000 dollar maaşla İsveç «Holmsund»unda oynamışdı. SSRİ yığmasında 26 oyuna 10 qol vurmuşdu.

İdman.com.az saytının məlumatına görə, əfsanəvi futbolçu 1978-ci ilin SSRİ çempionu, növbəti ilin isə SSRİ Kubokunun sahibi olmuşdu. 1981-ci ildə «Dinamo»nun Avropa Kubokular Kuboku uğurunda əvəzsiz payı olmuşdu.

Xəbər 905 dəfə oxundu.