Vilhem Steynits memorialı: Şəhriyar Məmmədyarov növbəti altı turda gücünü sınayacaq
Mayın 16-da blits üzrə onlayn Vilhem Steynits memorialında növbəti altı turun oyunları keçiriləcək.

Şəhriyar Məmmədyarov növbəti turlarda ukraynalı Anton Korobov, rusiyalı Aleksandr Qrişuk, ispaniyalı David Quiyarro, vyetnamlı Le Quanq Liem, Rusiyanın daha bir təmsilçisi Daniil Dubov və sonuncu turda isə norveçli dünya çempionu Maqnus Karlsen ilə qarşılaşacaq.

Ötən gün keçirilmiş 6 turun oyunlarına görə, şahmatçımız 3,5 xal toplayaraq 2-4-cü yerləri bölüşür.

Ondan yarım xal öndə olan M.Karlsen turnir cədvəlində liderlik edir.

FIDE-nin və “chess24.com”un təşkilatçılığı ilə keçirilən turnir 18 turdan ibarətdir. Yarışın ümumi mükafat fondu 30 min avrodur. Mayın 17-dək davam edəcək turnir “chess24.com” şahmat platformasında oynanılır və birbaşa yayımlanır.

Xəbər 490 dəfə oxundu.