Daha bir Avropa ölkəsində çempionat rəsmən yekunlaşdı
Futbol üzrə Belçika çempionatı koronavirus pandemiyasına görə başa çatdırılmayacaq.

Bu haqda Belçika Futbol Federasiyası xəbər yayıb.

Koronavirus pandemiyası səbəbindən 29 turdan sonra dayandırılan milli çempionatın qalibi “Brügge” elan edilib.
Beləliklə, “Brügge” 26-ci dəfə Belçika çempionu adı qazanıb.

Xəbər 495 dəfə oxundu.