"Neftçi” klubunun kollektivi koronavirus testi verib
"Neftçi” klubunun kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən, dünən və bu gün koronavirus (COVID-19) testi verib.

Azport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb. Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.


Xəbər 502 dəfə oxundu.