Beynəlxalq Tennis Federasiyası cari mövsümdəki fasilə müddətini uzadıb
Peşəkar Tennisçilər Assosiasiyası (ATP), Qadın Tennisçilər Assosiasiyası (WTA) və Beynəlxalq Tennis Federasiyası (ITF) cari mövsümdəki fasilə müddətini uzadıb.

Koronavirus pandemiyası səbəbindən iyulun 31-dək beynəlxalq yarışlar keçirilməyəcək.

ATP sədri Andrea Quadentsi bildirib ki, müvafiq qurumlar mövsümün bərpası üçün bütün variantları nəzərdən keçirir: "Həmçinin bu mövsüm üçün təqvimin dəyişdirilməsi ehtimalını da qiymətləndirməyə davam edirik. Həmişə olduğu kimi, tennis ictimaiyyətinin sağlamlığı və rifahı, qəbul etdiyimiz hər bir qərarın əsas prioriteti olaraq qalır".


Xəbər 567 dəfə oxundu.