Küyt imzasını atıb
«Fənərbağça»nın «Liverpul»dan transfer etdiyi niderlandlı ulduz Dirk Küyt Şükrü Saracoğlu stadionunda təşkil edilən mərasimdə rəsmi 3 illik müqaviləyə imza atıb. Komandasının qitə yarışında uğursuzluğundan sonra dərhal İstanbula gələn Küyt ilk olaraq tibbi müayinədən keçib, ardından stadionda 7 minə yaxın fanatla görüşüb.

İdman.com.az saytı xəbər verir ki, burada keçirilən imzalama mərasimində «Fənərbağça» ilə müqaviləyə qolunu qoyan futbolçu «İstanbulda keçirdiyim 2-ci gün olsa da, indidən özümü evimdəki kimi hiss edirəm» deyib. Küyt «Liverpul»dakı illərini də xatırladıb:

«6 ilimi keçirdiyim keçmiş klubum «Liverpul» çox gözəl zamanlarım oldu. Amma mənim üçün daha gözəl zamanlar keçirəcəyim «Fənərbağça» dövrü başlayır. Mən şanlı «Fənərbağça» tarixini bir parçası olmaq istəyirəm».

Xəbər 1122 dəfə oxundu.