Semih Kaya yenidən “Qalatasaray”da çıxış edə bilər
“Qalatasaray”ın sabiq futbolçusu, hazırda Praqanın “Sparta” klubunda çıxış edən Semih Kaya karyerasını öz ölkəsində davam etdirmək istəyir.

Futbolçu ilə keçmiş komandası yaxından maraqlanır. Futbolçunun özü də doğma klubuna qayıtmaq istəyini gizlətməyib və “cimbom”un istənilən şərtləri ilə razılaşa biləcəyini deyib.

Baş məşqçi Fatih Terim bildirib ki, mövsümün sonunda bəzi futbolçular komandadan ayrılandan sonra müdafiə xəttində boşluq yarana bilər. Belə bir vəziyyətdə Semih Kayanın qayıdışı ən ideal variant kimi dəyərləndirilir.

Xəbər 519 dəfə oxundu.