Rapid üzrə onlayn Avropa çempionatında Azərbaycanın 100-dən çox şahmatçısı mübarizə aparacaq
Mayın 16-da rapid üzrə onlayn Avropa çempionatı start götürəcək.

49 ölkədən şahmatçıların iştirak edəcəkləri yarışda Azərbaycan 100-dən çox şahmatçı ilə təmsil olunacaq.

Qitə çempionatı A, B, C, D, E qrupları üzrə keçiriləcək. Yarışın ən güclü E qrupunda reytinqi 2300-dən yuxarı olan 265 şahmatçı iştirak edəcək ki, onlardan da 132-si qrossmeyster olacaq. Həmin qrupda 11 şahmatçımız mübarizə aparacaq.


Xəbər 490 dəfə oxundu.