Millimizin üzvünün çıxış etdiyi “Feniks Rayzinq” klubu məşqləri bərpa edib
Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın “Feniks Rayzinq” klubu məşqləri bərpa edib.

Komanda kiçik qruplar şəklində məşqlərə başlayıb.

Qeyd edək ki, ABŞ-da koronavirus pandemiyasına görə MLS və USL çempionatları martın 13-də dayandırılıb.


Xəbər 504 dəfə oxundu.