İtaliyanın futbol klubları məşqlərə başlamaqdan imtina ediblər
İtaliya A Seriyasının bir neçə klubu məşqləri bərpa etməkdən imtina edib.

“Azsport.az”ın "Sky Sport Italia"ya istinadla verdiyi məlumata görə, İtaliyanın bəzi klubları mövsümün bərpa olunması üçün tərtib olunan tibbi protokola qarşı çıxıblar.

"Milan", "İnter", "Napoli", "Fiorentina", "Kalyari", "Atalanta", "Verona", "Sampdoria" və "Cenoa" klubları təqdim olunan şərtlərlə məşq prosesinə başlamaq istəmirlər. Belə ki, oradakı, “bir futbolçu və ya heyət üzvündə koronavirus aşkar edərlərsə, klublar 15 gün müddətində karantində olmalıdırlar” bəndi futbolcularda narazılıq yaradıb. Klublar tibbi protokolun bundesliqada təsdiqlənmiş formatda olmasını istəyirlər. Həmin protokola görə, karantində yalnız koronavirus infeksiyasına yoluxmuş oyunçu olur və qalan oyunçular müvafiq testlərdən keçirlər.

Seriya A rəhbərliyinin mayın 15-də İtaliyanın Futbol və İdman Həkimləri federasiyaları ilə görüşərək protokol dəyişikliklərini müzakirə etməyi qərara alınıb.

Bəsti Sabirqızı

Xəbər 530 dəfə oxundu.