İtaliya klubları müqavilələrə koronavirusla bağlı yeni bənd salacaqlar
İtaliya basketbol klubları növbəti mövsümdən müqavilələrə “COVID-19” ilə bağlı yeni bənd sala bilər.

Məvacib məsələsində klublarla oyunçular arasında problem yaşanmasın deyə belə bir yenilik zəruridir. İdeya ilə bağlı yekun qərar hələ qəbul olunmayıb. Lakin yaxın günlərdə liqanın iclasında bu məsələ müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, koronavirus pandemiyasına görə İtaliya çempionatı birdəfəlik dayandırılıb və çempion elan edilməyib.

Xəbər 551 dəfə oxundu.