Portuqaliya Qran-Prisi Formula 1 təqvimində Böyük Britaniya mərhələsini əvəz edə bilər
Formula 1 rəhbərliyi 2020-ci il mövsümü üçün çempionatın təqvimində müxtəlif variantlar hazırlamaqda davam edir. Böyük Britaniya Qran-Prisinin keçirilməsi ilə bağlı çətinliklərin yarana biləcəyi barədə xəbərlər fonunda mənbələr bildirir ki, Silverstoundakı mərhələni Portuqaliya Qran-Prisi əvəz edə bilər.

Bu yürüş Alqarve avtodromunda keçirilə bilər.

Xatırladaq ki, bu yaxınlarda Böyük Britaniya hökuməti koronavirus pandemiyasının bundan sonra yayılmasının qarşısının alınması ilə bağlı yeni məhdudlaşdırıcı tədbirlər barədə elan edib. Xüsusən ölkəyə gələn bütün şəxslər ikihəftəlik karantin müddətini keçməlidirlər. Bu da Silverstoun mərhələsinin ləğv edilməsi təhlükəsi deməkdir.
Bundan başqa, avtodromun rəhbərliyinin Formula 1 rəsmiləri ilə ikiqat mərhələnin keçirilməsi barədə danışıqları hələ baş tutmayıb. Tərəflər sazişin maliyyə məsələlərində razılığa gələ bilmirlər.


Xəbər 483 dəfə oxundu.