“Autosport”: Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 20-də təşkil oluna bilər
Böyük Britaniyanın “Autosport” nəşri Formula 1-in 2020-ci il üçün təxmini təqvimini açıqlayıb.

Təqvimdə Avstraliya, Monako, Fransa, Niderland, Kanada və Sinqapur yarışlarına yer verilməyib. On doqquz yürüşün yer aldığı təqvimdə Avstriyada və Bəhreyndə iki Qran-Prinin təşkil olunacağı qeyd edilib. Böyük Britaniyanın və ya Almaniyanın da iki yürüşə ev sahibliyi etməsi planlaşdırılır.
Təxmini təqvimə görə, Azərbaycan Qran-Prisi sentyabrın 20-də təşkil olunacaq. Mövsümə dekabrın 13-də Əbu-Dabidə yekun vurulacaq.


Xəbər 478 dəfə oxundu.